Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Qazilərin təhsili Azərbaycanın gələcək gücüdür

13 İyul 2026, 09:45 Təhsil
728×90

Vətənimiz üçün canından keçməyə hazır olan qazilərimizin təhsil alması, onların cəmiyyətə daha güclü şəkildə inteqrasiya olunması deməkdir. Dövlətimiz tərəfindən yaradılan bu şərait – təhsil haqqının dövlət tərəfindən ödənilməsi, ikinci ali təhsil imkanları və peşə kursları – sadəcə bir güzəşt deyil, onların gələcəyə daha inamla baxmaları üçün göstərilən ali bir dəyərdir.

​Özüm də üçüncü kurs tələbəsi və müxtəlif layihələrdə könüllü təlimlər keçən biri kimi inanıram ki, təhsil ən böyük gücdür. Qazilərimizin bu imkanlardan yararlanaraq həm öz şəxsi inkişaflarını təmin etmələri, həm də dövlət idarəçiliyində və müxtəlif sahələrdə bilik və təcrübələrini tətbiq etmələri Azərbaycanın gələcəyi üçün çox vacibdir. Xüsusilə peşə təhsili və qısamüddətli kurslar, mənim də ixtisasım olan logistika və ya menecment sahələrində onlara yeni karyera qapıları açmağa kömək edə bilər.

​Bizim borcumuz, bu imkanların hər bir qazimizə çatmasını təbliğ etmək və təhsil almaq istəyən hər bir qəhrəmanımıza dəstək olmaqdır.

Xəqani Muradov
Jurnalist – Vətən müharibəsi iştirakçısı

728×90
Paylaş: