Xəbəriniz olmadan adınıza onlayn kredit götürülübsə, borc avtomatik silinmir

Ali Məhkəmənin 8 sentyabr 2026-cı il açıqlamasına görə, dələduzluq faktı kredit müqaviləsinin avtomatik etibarsızlığı demək deyil. Məhkəmə bankın şəxsiyyəti necə yoxladığını, vətəndaşın OTP kodunu və bank məlumatlarını qoruyub-qorumadığını, eləcə də bütün sübutları birlikdə qiymətləndirir. Belə hal aşkarlananda dərhal banka və hüquq-mühafizə orqanlarına yazılı müraciət edilməlidir.
Adınıza krediti başqası götürüb?
Təkcə “mən götürməmişəm” demək borcu avtomatik silmir.

Zaur Quliyev
Hüquqşünas – Mediatot
