Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Prezident Pezeşkiana təşəkkür etdi

10 Avqust 2026, 11:16 Siyasət
728×90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.

Faktum.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin X səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir: “Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.

728×90
Paylaş: