Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Ölümlə yaşamın kəsişdiyi məkan: Toraca xalqının illərlə evdə saxlanılan mumiya sirri

22 İyul 2026, 11:30 Dünya
REKLAM728×90

Faktum.az xəbər verir ki, İndoneziyanın Sulavesi adasının dağlıq bölgələrində məskunlaşan Toraca xalqı, ölümə və o dünyada həyata bəşəriyyətin bildiyi bütün anlayışlardan fərqli bir bucaqdan baxır. Qərb mədəniyyətində və müasir dünyada ölüm kədər, son və ayrılıq hesab edildiyi halda, Toracada bu, həyatın təbii bir davamı və keçid mərhələsi kimi qəbul olunur. Bu inancın tərkib hissəsi olaraq yerli əhali rəhmətə gedən yaxınlarının cəsədlərini mumiyalayaraq illərlə, hətta bəzən onilliklərlə öz evlərində saxlayırlar.

Toraça mədəniyyətində bir insan nəfəsini tapşırsa da, o, dərhal “ölü” hesab edilmir. Yerlilər onu “To Makula”, yəni “xəstə insan” adlandırırlar. Mərhumun cəsədi xüsusi təbii otlar və formaldehid məhlulları ilə emal edilərək mumiyalanır və evin ən xüsusi otağında yerləşdirilir. Ailə üzvləri hər gün bu “xəstə qonağa” yemək, içki və tütün təqdim edir, onunla söhbət edir, paltarlarını dəyişir və hətta evin bir üzvü kimi kənardan gələn qonaqlara təqdim edirlər. Bu adətin arxasında dayanan əsas səbəb runsal inancdır: aile üzvləri hesab edirlər ki, ruh cəsədi dərhal tərk etmir və ona göstərilən hörmət ruhun o dünyaya dinc keçidini təmin edir.

Eyni zamanda, bu gecikmənin praktiki bir tərəfi də var. Toracada dəfn mərasimləri (“Rambu Solo”) hədsiz dərəcədə dəbdəbəli və xərcli keçirilir. Yüzlərlə camışın qurban kəsildiyi bu mərasimləri təşkil etmək üçün ailələr illərlə pul toplayırlar. Kifayət qədər vəsait toplanana qədər mərhum evdə xəstə kimi yaşamağa davam edir. Dəfn mərasimindən sonra belə bu əlaqə kəsilmir. Hər il və ya bir neçə ildən bir keçirilən “Manene” festivalı zamanı ailələr qayalıq xüsusi məzarlardan yaxınlarının cəsədlərini çıxarır, onları təmizləyir, yeni paltarlar geyindirir və onlarla xatirə fotoları çəkdirərək kənddə gəzdirirlər.

Müasir dünyagörüşü üçün dəhşətli və ya qəribə görünən bu ənənə, Toraca xalqı üçün dərin sevgini, bağlılığı və ölüm qorxusunu məğlub etməyin unikal bir yoludur.

REKLAM728×90
Paylaş: