O, şərqin ilk Nobel mükafatçısı idi.

Yüksək zəkaları ilə dünyanı heyran edən yapon xalqı, sandığımız qədər xoşbəxt deyildir.
Dünyada ən çox intihar (xarakiri) edən, yapon əhalisidir.
Sanmayın ki, səbəbi maddi sıxıntılar və ya şəxsiyyətə verilən mənəvi dəyərsizlik kimi faktorlardır. Şərqin ilk Nobel mükafatçısı Yasunaru Kavabata nəinki öz ölkəsində, dünyada tanınan yazıçı idi. Kitabları dünya dillərinə tərcümə olunmuş, böyük sevgi ilə mütaliə olunurdu. İmperatot sarayının hörmətli qonaqlarından idi. Lakin bütün bunlar, yazıçının ruhundakı boşluğu doldurmağa yetmirdi.
Mənəvi aclığını təmin edə bilməyən Yasunaru Kavabata intiharı son çarə olaraq, seçdi. 72 yaşlı yazıçı, qaz sobasını sonuna qədər açaraq həyatını sonlandırdı.
İnsan dünyanın ən böyük sərvətinə, şöhrətinə sahib olsa belə, ruhuna toxunan könül sırdaşı yoxsa, yaşamaq ağır və daşınmaz yük halına gəlir.
Tərifə Şükürqızı
