Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Günəş Tərəziyə Keçir, Bürclərdə Balans Dövrü Başlayır

22 Sentyabr 2026, 09:30 Cəmiyyət
728×90

Faktum.az xəbər verir ki, 22 sentyabr tarixi astroloji baxımdan xüsusi enerjiyə malikdir. Günəşin Tərəzi bürcünə keçidi və payız gecə-gündüz bərabərliyinin yaşanması bütün bürclər üçün müvazinət, daxili harmoniya və yeni qərarlar mərhələsinin başlanğıcını müjdələyir.

Qoç

İş və şəxsi münasibətlərdə balansı qorumaq vacibdir. Qərarlarınızda tələskənliyə yol verməyin, tərəfdaşlarınızın fikrinə qulaq asmaq uğur gətirəcək.

Buğa

Gündəlik rejiminizə və səhhətinizə diqqət ayırmalı olduğunuz bir gündür. İş yerində yarımçıq qalmış tapşırıqları tamamlamaq üçün əlverişli imkanlar yaranacaq.

Əkizlər

Yaradıcılıq enerjiniz yüksəkdir. Şəxsi həyatınızda xoş sürprizlər və yeni tanışlıqlar gözlənilir. Hisslərinizi açıq ifadə etmekdən çəkinməyin.

Xərçəng

Diqqətiniz ailə və ev məsələlərinə yönələcək. Yaxınlarınızla ünsiyyət daxili rahatlığınızı bərpa etməyə kömək edəcək.

Şir

Aktiv ünsiyyət, danışıqlar və yeni məlumatlar almaq üçün uğurlu gündür. Yaxın səfərlər və ya vacib görüşlər gündəmə gələ bilər.

Qız

Maliyyə məsələləri ön plana çıxır. Büdcənizi yenidən nəzərdən keçirmək və lüzumsuz xərclərdən çəkinmək tövsiyə olunur.

Tərəzi

Günəşin sizin bürcünüzə daxil olması ilə yeni bir həyat enerjisi hiss edəcəksiniz. Özünüzə inamınız artır, yeni layihələrə başlamaq üçün mükəmməl zamandır.

Əqrəb

Bir az geri çəkilib dincəlmək və daxili aləminizə nəzər salmaq faydalı olar. Şəxsi planlarınızı hələlik gizli saxlamaq daha məqsədəuyğundur.

Oxatan

Dostlar və sosial mühitlə ünsiyyət sizə müsbət təsir edəcək. Komanda işlərində və gələcək planların qurulmasında uğur qazana bilərsiniz.

Oğlaq

Karyera və peşəkar fəaliyyətinizdə vacib addımlar ata bilərsiniz. Rəhbərliklə münasibətlərdə təmkinli olmaq və məsuliyyəti üzərinizə götürmək vacibdir.

Dolça

Yeni biliklər əldə etmək, dünya görüşünüzü genişləndirmək və ya səyahət planlaşdırmaq üçün əlverişli zamandır. Mənəvi olaraq yeniləndiyinizi hisse dəcəksiniz.

Balıqlar

Maliyyə öhdəlikləri və ya şərikli resurslarla bağlı məsələlər diqqət tələb edir. Hisslərinizə güvənin, lakin real faktları da nəzərə almağı unutmayın.

728×90
Paylaş: