Gəlinin beli niyə bağlanır?

Elimizin toy kimi gözəl adəti var. Adətin içərisində isə saysız ənənələr var.
Məsələn, Gəlinin belini bağlamaq kimi bir adətə diqqət edək.
Əslində bu adət yalnız bizə xas adət deyil. Bir çox xalqlarda, tayfalardan belə adətlərə rast gəlmək olur. Azərbaycanda ta qədimdən gəlinin belini qaynata öz qurşağı ilə bağlayardı. Bunun anlamı ondan ibarətdir ki, sən artıq bu gündən mənim nəslimdən yaranacaq ailənin yükünü üzərinə alırsan. Bunun üçün belini möhkəm bağlayıram ki, yükü qaldırmağa gücün yetsin.
Digər bir tərəfdən isə, gəlinin belini bağlanması bakirəliyin nişanəsi hesab olunur. Başqa xalqlar tamamilə fərqli məqsəd üçün gəlinin belini bağlayırlar.
Rusiya ərazisində yaşayan, əslən türksoylu çuvaşlar, qızın ata evindən bağlarının qoparılması üçün gəlinin belini bağlayırlar. Hər bir halda adətin məntiqli açıqlaması var. Çünki baba-nənələrimiz heç bir ritueli səbəbsiz yerə etməmişdilər. Biz onlara dönük çıxdıq. Cəzasını isə, yıxılan ailəliklərlə ödəyirik.
Tərifə Şükürqızı
