Daşları sənətə çevirən dahi

Hər gün gördüyümüz, lakin müəllifini bəlkə də bilmədiyimiz şah əsərlər ətrafımızda kifayət qədərdir. Bu gün onların bəzilərinin yaradıcısı, Əməkdar Memar Rasim Əliyevdən bəhs edəcəyik.
Onu da qeyd edim ki, iyulun 16-sı Azərbaycanın memarlığında silinməz izlər qoymuş Rasim Əliyevin doğum günüdür.
23 il boyunca Bakının baş memarı olmuş bu dahi şəxsiyyət sadəcə binaları layihələndirmirdi, o, tarixlə müasirliyi sintez edirdi.
Rasim Əliyev 1934-cü ildə görkəmli alim, akademik Həsən lƏyevin ailəsində doğulmuşdu. Uşaqlıqdan elmin,,sənətin ruhunu mənimsəyən Rasim Əliyev təkcə binalar tikmədi, Bakının müasir memarlıq fəlsəfəsini formalaşdırdı. 14 il Bakı şəhərinin baş memarı vəzifəsində çalışan sənətkar, paytaxtımızın, həm modernizm, həm də milli ornamentlərimizi özündə birləşdirən nadir görkəmini yaratdı.

Heydər Əliyev adına hava limanı və Naxçıvan hava limanı, Naxçıvanda Hüseyin Cavidin qəbri üstündəki məqbərəsi, Şəhidlər xiyabanındakı “Əbədi Məşəl” Abidə kompleksi, Bakıdakı Mikayıll Müşviqin və Hüseyn Cavidin abidələri onun vizit kartına çevrilmiş lyihələrindəndir.
“Şöhrət” və “Şərəf” ordeni ilə təltif edilən ustad 2021-ci ildə dünyasını dəyişsə də, onun irsi şəhərimizin hər yerində yaşayır.
Müsahibələrinin birində Rasim Əliyev memarlığı “daşlaşmış musiqi” adlandırmışdı.
Azərbaycan durduqca Rasim Əliyevin yaratdığı o “daşlaşmış musiqilər” də onun dühasını gələcək nəsillərə pıçıldamağa davam edəcək.
Ruhun şad olsun, dahi sənətkar!
Şəhla İlkay
