Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Çarxı qanla fırlanan dəyirman

31 Avqust 2026, 17:30 Dünya
728×90

İslam peyğəmbərinin nəvəsi İmam Hüseynin qətlindən sonra, Xorasan valisi Yezid bin Mühəlləb daha da azğınlaşdı.
Əməvilərin hakimiyyəti dövrdə, sözdə İslamı yatmaq adı altında Yezid bin Mühəlləb, 716-717-ci ildə ordusunu İrana yeritdi. Yezidə və barbar ərəb qoşunlarına qarşı şiddətli müqavimət göstərən , əsasən türklərdən ibarət Cürcan (Gorcan) və Təbəristən xalqı aylarca Yezidin ordusu ilə müharibə edib, şəhəri qorudular.
Xalqın dirənişini qıra bilməyən Yezid, o zaman insanlıqdan tamamilə uzaq and içdi Bildirdi ki, şəhəri ələ keçirdikdən sonra onların qanları ilə dəyirmanın çarxların döndərib, üydülən unundan çörək bişirib yeyəcəm.
Sonunda Yezidin müqavimətinə dayana bilməyən Cürcan məğlub oldu. Yezid bütün şəhər əhalisini qılıncdan keçird, qanını tökdü. Qanın laxtalanması səbəbilə açmasını görüncə, vadidən axan çayı, cəsədlərin üzərinə çevirdi. Su ilə qarışan qan, dəyirmanın çarxını döndərdi və Yezid bin Mühəlləb insanlığın utanc verici andını yerinə yetirdi.
Bu barədə ərəb tarixçiləri Təbəri və İbni əl Əsiri öz əsərlərində bəhs etmişdirlər.
Gürcanda tökülən qan, törədilən qətliyam ərəblərin, türk düşmənçiliyinin ilklərindəndir desək, sanıram yanılmarıq.
Tarixin tozlu səhifələrində qarşılaşdığımız belə vəhşiliklərə şahid olduqda, bir daha əmin oluruq ki, bütün dinlər amallara deyil, maraqlara xidmət etmək üçün, zalımın əlindəki silahdır.


Tərifə Şükürqızı

728×90
Paylaş: