Camal Qaşıqçı cinayəti və ya Məhəmməd bin Salmanın azqınlığı.

Səudiyyə Ərəbistanının dünyaca tanınmış jurnalisti Camal Qaşıqçı 2018-ci il 2 oktyabr tarixində Türkiyədəki Səudiyyə Ərəbistan səfirliyində öldürüldü.
Rəsmi sənəd işləri ilə əlaqəli ölkəsinin səfirliyinə girən Camal Qaşıqçı, bir daha oradan çıxa bilmədi. Türk dövlət təhlükəsizlik qüvvələrinin bildirildiyinə əsasən, Qaşıqçı, dövlətinin səfirliyinə ayaq basar-basmaz, boğularaq öldürülüb. Cinayətin izini məhv etmək üçün, cəsəd hissələrə ayrılaraq, üzərinə yandırıcı kimyəvi maddə əlavə edilərək, yox edilib.
Camal Qaşıqçı hansı böyük günah etmişdi ki, belə bir vəhşiliklə qətl edildi?
Qaşıqçı,Səudiyyə Ərəbistanının kralı Salmana və varisi Məhəmməd bin Salmana qarşı müxalifət mövqedə qərar tuturdu. Haqlarında həqiqətləri əks etdirən, və hakimiyyəti qıcıqlandıran yazılar dərc edirdi. Digər bir tərəfdən isə, o dövrdə Səudiyyə Ərəbistanının Yəmənə qarşı ordu göndərməsinin əlehinə çıxış edirdi.
Onun mövqeyi qəti şəkildə tolerantlıq olmayan Səudiyyə Ərəbistanı kimi bir ölkə üçün bağışlanmaz günah hesab olunurdu. Üzləşdiyi təqiblərdən xilas olmaq üçün ABŞ-a köçdü. Orada, Vaşinqton Post qəzetində kral Salman və varisi Məhəmməd bin Salman haqqında yazılarını davam etdirdi.
Səudiyyə Ərəbistanı nə olursa-olsun Qaşıqçını susdurmalı idi. Sənəd işləri ilə bağlı ölkəsinə gedə bilmədiyi üçün, dövlətinin Türkiyədəki səfirliyinə getdi. Gələcəyini öncədən bilən Məhəmməd bin Salman 15 nəfər xüsusi yetişdirilmiş adamını səfirliyə göndərdi.
Camal Qaşıqçı səfirliyə addım atan anda öldürüldü. Ölümü bütün dünyada böyük əks-səda doğurdu. Birləşmiş Millətlər Təşkilatı, CİA ölümündə Məhəmməd bin Salmanın birbaşa tapşırığı olduğunu ortaya qoydu.
Baş verən cinayətlə bağlı, Türkiyədə başlanan cinayət isi, hüquqi mərhələlərdən sonra Səudiyyə Ərəbistanına verildi.
Səudiyyə Ərəbistanı bir neçə insanı edam cəzasına həbs cəzasına məhkum etsə də, dünya Camal Qaşıqçı cinayətində, ədalətin yerini tapmamasını söyləməkdə davam edir.

Tərifə Şükürqızı
