Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Azərbaycan Milli Mətbuatı Günü: 150 ildən çox davam edən şərəfli söz yolu

22 İyul 2026, 08:00 Manşet
REKLAM728×90

Faktum.az xəbər verir ki, iyulun 22-si ölkəmizdə Millət Mətbuatı Günü kimi təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar tarix maarifçilik banisi Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə ana dilli mətbuatımızın əsasının qoyulduğu gündür.

“Əkinçi” yalnız bir qəzet deyil, öz dövründə xalqın maariflənməsi, milli şüurun oyanması və cəmiyyətin tərəqqisi üçün atılan revalyosion addım idi. Cəmi 56 nömrəsi işıq görsə də, qəzet özündən sonra böyük bir jurnalistika məktəbi yaratdı və “Molla Nəsrəddin”, “Füyuzat” kimi nəşrlərin yolunu açdı.

Bu gün mətbuatımız təkcə çap mediası ilə məhdudlaşmır; rəqəmsal xəbər portals, analitik platformalar və müasir media resursları həmin zəngin irsi yeni müstəvidə yaşadır.

Faktum.az kollektivi olaraq başda öz komandamız olmaqla, ölkənin obyektiv, operativ və dürüst xəbər yükünü çəkən bütün media mənsublarını, jurnalistləri və qələm sahiblərini bu peşə bayramı münasibətilə təbrik edirik!

REKLAM728×90
Paylaş: