Aİ Rusiya əleyhinə 22-ci sanksiya paketini təsdiqlədi

Avropa İttifaqı Rusiya əleyhinə sanksiyaların 22-ci paketini təsdiqləyib. Bu paketə Rusiya müdafiə sənayesi ilə əlaqəli olduğu deyilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb.
Faktum.az xəbər verir ki, bu barədə Aİ diplomatiya rəhbəri Kaya Kallas bildirib.
“Aİ Xarici İşlər Nazirləri Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan təxminən 1600 yeni sanksiya siyahısını qəbul ediblər”, – o, “X”da yazıb.
Sanksiyalar bütün siyahı Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
