Haqqımızda Reklam Əlaqə
160×600
160×600

1000 hərbiçiyə qarşı 44 polisin zəfəri

12 Oktyabr 2026, 17:30 Dünya
728×90

İl 1920. Təqvim may ayının 27-si, 28-ni işarə edir. Türkiyə İstiqlaliyyət Müharibəsinin qızğın çağlarını yaşayır.

Mersin vilayətinin Tarsus rayonu yaxınlıqlarında yerləşən Toros dağlarının Gülək boğazında Fransa ordusunun 700–1000 nəfərlik taboru mayor Pyer Mesnilin komandanlığı altında geriyə çəkilməyə çalışırdı.

Əraziyə hakim olan 44 Güləkli Qüvayi-Milliyə (milis) dəstəsi dar keçid olan Karboğazında mövqe qurdu. Keçidə yaxınlaşan Fransa hərbçiləri hazır olmadıqları basqına məruz qaldı. Dağlarda əks olunan silah səsləri fransızlarda böyük bir ordu ilə mühasirə olunduqları təəssüratını yaradır.

İki gün davam edən döyüş heç bir türk qüvvələrinin itkisi olmadan, mayor Mesnil daxil olmaqla, 23 zabit və 650 fransız əsgərinin əsir alınması ilə bitdi. 2 top, 8 pulemyot və 1000-ə qədər tüfəng qənimət olaraq müsadirə edildi.

Zəfər kiçik olsa da, əhəmiyyəti çox böyük oldu. Çukurova ərazisində Fransanın müqaviməti qırıldı. Fransa məcburiyyət qarşısında Ankara müqaviləsi ilə Cənub Cəbhəsini bağlamaq barədə sənədə imza atdı.

Birinci Dünya Müharibəsindən məğlub ayrılan Türkiyə düşmənlərinin iştahasını qabartmışdı. İngilisi, rusu, fransızı, yunanı Türkiyə üzərində pay bölgüsü etdikləri zaman hesaba qatmadıqları bir həqiqəti unutdular:

Türk ölür, şərəflə məğlub olur, kölə olmur.

Tərifə Şükürqızı

728×90
Paylaş: