Qum üzərində çəkilmiş dairə

Dünya diplomatiyasının çox gözəl bildiyi “qumda xətt çəkmək” termini e.ə 168-ci ildə, Roma diplomatı Qay Popilli Lenat’ın diplomatiyasını xatırladır.
Qay Popilli Lenat Roma tarixində kübar cəmiyyətdən gəlməyən, buna baxmayaraq e.ə 172 – 158-ci illərdə Roma İmperiyasında konsulluq etmiş siyasətçi idi. Ona “ikiqat” konsul deyilirdi. Qay Popilli Lenatı məşhur edə Selevik imperatoru IV Antioxla qarşılaşması oldu.
E ə 168-ci ildə Suriya müharibəsində IV Antiox, Misiri işğal etmiş İsgəndəriyyə üzərinə yürüyürdü. Belə bir vəziyyətdə Misir dövləti, Roma senatorluğundan kömək istəmək məcburiyyətində qaldı. Roma senatorluğu ordu yerinə kiçik dəstə ilə Qay Popilli Lenatı göndərdi. Diplomatı salamlamaq üçün əlini uzadan kral IV Antioxun əli havada asılı qalır.
Qay öncə senatoru məktubunu oxumağı tələb edir. Kral məsləhətləşmək üçün müşavirə keçirməli olduğunu söyləyincə diplomat əlindəki ağacı ilə kralın ətrafına dairə çəkir. “Bu dairədən çıxmadan qərarını qəti səkildə bildirməlisən” tələbinin qoyur.
Məktubda Misirin tərk edilməsi tələbi qoyulurdu. Əks təqdirdə Selevik İmperiyası Roma İmperiyası ilə müharibətə girülişməsi qaçılmazdı. IV Antioxun arxasında böyük ordusu olmasına baxmayaraq, Qayın cəsarətli diplomatik həmləsi qarşısında “tərksilah” olmuşdu. Ordusunu geri çəkməkdən başqa çarəsi qalmadı.
Böyük diplomatlar, siyasətçilər gözəl bilirlər ki, müharibələr meydanlarda deyil, diplomatik görüşlərdə qazanılır. Qay Popilli Lenatı zəkası ilə sübut etdi ki, dövləti idarə etmək və dövlətin marağını təmsil etmək üçün ali təbəqənin nümayəndəsi olmaq şərt deyil. Zəka bütün titulları yenəcək qədər güclü silahdır.

Tərifə Şükürqızı
