Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Can qurtaran təbəssüm

12 Oktyabr 2026, 09:45 Cəmiyyət
728×90

Hər il dünyada minlərlə insan intihar edir. 

İnsanın canına qəsd etməsi  ilk baxışda böyük iradəsizlik kimi qəbul oluna bilər. Lakin belə bir qənaətə gəlmədən öncə intihar edən insanların  ortaq nöqtələrinə nəzər salaq.

Statistika qeyd edir ki, intihara əl atan insanların böyük qismi intihardan öncəki daxili yalnızlıq  içinə qapanma böyük psixolojı basqı, cəmiyyətin biganəliyi, anlaşılmazlıq və s səbəbilə, belə bir radikal addım atır.  Ölkə əhalisinin say nisbəti ilə müqayisə edildikdə  ən çox intihar edən ölkələr sırasında  Yaponiya öndə gəlir.

1980-1990-cı illərdə  hətta daha dəqiq desək  1998-ci ildə  ölkədə intihar sayı 30.000 minə qədər yüksəlib.
Bir neçə il öncə məhz bu faktla bağlı oxuduğum məqalədə bir məqamı sözlərə çatdırmaq istəyirəm.

Məqalədə deyilir:  Bir yaponiyalı gənc, qarşısına məqsəd qoyur ki, 5 km məsafəni piyada qət edəcəm. Yol boyu bir insan mənə bir təbəssüm edərsə  intihar fikrindən əl çəkəcəm. Bunun əksi olursa, həyatın anlamı yoxdur.  Çox təəsüf ki, gənc  kiçik bir təbəssüm ilə qarşılaşmır.

Dövlət  baş alıb gedən sosial fəlakətin qarşısını almaqla üçün müvafiq tədbirlər görmüş olsa da  yeniyetmə və gənclər arasında hələ də çox ciddi intihar rəqəmləri qeydə alınır. Yalnız, Yaponiya üzərindən nümunələr vermək, çox bəsit olar.

Siyahıda Rusiya, Cənubi Koreya, Lidiya, Esvatini, Qayana, Uruqvay, Ukrayna, Cənubi Afrika, Litva kimi ölkələrdə  böyük ölçüdə intihar halları baş verir. Mövzumuz ölkələrin intihar siyahısını araşdırmaq deyil. Sizə bir təbəssümün həyat qurtarması üçün vəsilə olacağını xatırlamaqdır.

Dinimiz intiharı günah, ən böyük sədəqənin isə, təbəssüm olduğunu buyurur. Sadə, bəlkə də çoxuna anlamsız görünən təbəssümün həyat qurtarması nümunəsini qeyd etdik.  Təbəssüm, yalnız sahibinin psixoloji halını pozitiv etmir. Ətrafında müsbət aura yaradır. Boşuna deyilmir ki, “gülüş yolxucudur”.

Sizlərə gülüşə yoluxmağı və ətrafınıza təbəssüm yaymağı diləyirik.

Tərifə Şükürqızı

728×90
Paylaş: