Çıxarışı olmayan evə qeydiyyat mümkündürmü? – Hüquqşünas danışır

Eviniz var, faktiki olaraq orada yaşayırsınız, amma evin çıxarışı olmadığı üçün yaşayış yeri üzrə qeydiyyata düşə bilmirsiniz?
Çoxları hesab edir ki, daşınmaz əmlakın çıxarışı yoxdursa, həmin ünvana qeydiyyat ümumiyyətlə mümkün deyil.
Lakin hər vəziyyətdə belə deyil.
Evin rəsmi ünvanı mövcuddursa və həmin yaşayış sahəsi ilə bağlı hüququnuzu təsdiq edən müvafiq sənədlər varsa, konkret vəziyyətdən asılı olaraq çıxarış olmadan da yaşayış yeri üzrə qeydiyyat məsələsi həll oluna bilər.
Burada əsas məsələ evin hüquqi vəziyyətinin, ünvanının və əlinizdə olan sənədlərin araşdırılmasıdır.
Əgər qeydiyyat orqanı müraciətinizdən imtina edirsə, imtinanın hüquqi əsasının yazılı şəkildə bildirilməsini tələb etmək vacibdir.
İmtinanı əsassız hesab etdiyiniz halda isə hüquqlarınızın müdafiəsi üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz var.
Yəni çıxarışın olmaması hər bir halda qeydiyyatın mümkünsüz olması demək deyil.
Hüquqşünas | Mediator Zaur Quliyev
099 711 95 99
