Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq başa çatdı

14 Sentyabr 2026, 19:04 Kriminal
728×90

Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Faktum.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş baxılmaq üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilib.

Ölkə gündəmində olan bu cinayət işi hakim Murad Aslanovun sədrliyi ilə araşdırılacaq.

R.Mehdiyevə Cinayət Məcəlləsinin 178.1 (hakimiyyəti zorla ələ keçirməyə yönəlik əməllər), 274 (dövlətə xəyanət), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və 311 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

“Boz kardinal”ın ilk məhkəmə iclası sentyabrın 21-də keçiriləcək.

 

728×90
Paylaş: