Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Tarixin ən qüsursuz və açılmamış cinayətləri

06 Avqust 2026, 17:00 Özəl
REKLAM728×90

İzi itən milyonluq sənət əsərləri və tapılmayan cinayətkarlar

Faktum.az xəbər verir ki, kriminologiya tarixi minlərlə uğurlu polis əməliyyatları ilə yanaşı, illər keçməsinə baxmayaraq sirri açılmayan, heyrətamiz dərəcədə incə planlaşdırılmış cinayətlərlə də doludur. Müasir kriminalistika texnologiyalarının, DNT analizlərinin və kameraların olmadığı və ya yetərsiz qaldığı dövrlərdə törədilən bu soyğunlar və kiber hücumlar müstəntiqləri mat qoymaqda davam edir. Tarixin izi tapılmayan 4 ən böyük və qüsursuz cinayət hadisəsi diqqət mərkəzindədir.

İsabella Stüart Qardner Muzeyi soyğunu: 500 milyon dollarlıq izsiz buxarlanma

1990-cı il martın 18-də ABŞ-ın Boston şəhərində polislərin geyimində iki şəxs “daxil olan həyəcan siqnalını yoxlamaq” bəhanəsi ilə İsabella Stüart Qardner Muzeyinə daxil olur. Mühafizəçiləri aldadaraq qandallayan cinayətkarlar cəmi 81 dəqiqə ərzində Rembrandt, Vermeer, Mane və Deqa kimi dühələrin qələminə ait 13 əvəzsiz rəsm əsərini çərçivələrindən kəsərək aparırlar. Oğurlanan əsərlərin ümumi dəyəri 500 milyon dollar qiymətləndirilir. FTB-nin (FBI) 10 milyon dollar mükafat təyin etməsinə və onilliklərlə sürən araşdırmalara baxmayaraq, ne rəsmlər tapılıb, ne də oğruların kimliyi bəlli olub. Muzeydə həmin rəsmlərin yeri bu gün də boş çərçivələrlə nümayiş etdirilir.

D.B. Kuper müəmması: Səmada yoxa çıxan təyyarə soyğuncusu

1971-ci ildə özünü Dan Kuper kimi təqdim edən bir sərnişin ABŞ-da daxili reyslə uçan təyyarəni ələ keçirir. O, göyərtədə bomba olduğunu bildirərək 200.000 dollar nağd pul və 4 paraşüt tələb edir. Sərnişinləri azad etdikdən və istədiyi pulu aldıqdan sonra təyyarəyə Meksika istiqamətində uçmağı əmr edir. Gecə saatlarında, şiddətli yağış və fırtına altında Kuper pul çantası ilə birgə təyyarənin arxa qapısından paraşütlə tullanır. FTB tarixin ən böyük axtarış əməliyyatlarından birini başlatsa da, nə Kuperin cəsədi, nə də paraşütü tapılır. Bu hadisə aviasiya tarixində açılmamış yeganə təyyarə qaçırma hadisəsi kimi qalır.

Antverpen Almaz Mərkəzi soyğunu: “Əsrin oğurluğu”

2003-cü ildə Belçikanın Antverpen şəhərində dünyanın ən yaxşı qorunan almaz deposu soyuldu. Leonardo Notarbartolo adlı italyan cinayətkar və onun komandası 10 səviyyəli mürəkkəb təhlükəsizlik sistemini — infraqırmızı dətəktorları, maqnit sahələrini, istilik sensorlarını və 100 milyonluq kombinasiyalı qıfılı heç bir həyəcan siqnalı vermədən dövrədən çıxardı. Kasalardan 100 milyon dollardan çox dəyərində almaz, qızıl və mücəvhiyyat oğurlandı. Notarbartolo zibil torbasında qoyduğu təsadüfi DNT izinə görə tutulsa da, oğurlanan almazların 90%-i bu günə qədər tapılmayıb və şəbəkənin digər üzvləri sirr olaraq qalır.

“The Bangladesh Bank” kiber soyğunu: Düyməyə basmaqla aparılan 81 milyon dollar

2016-cı ildə naməlum kiber cinayətkarlar Banqladeş Mərkəzi Bankının Nyu-York Federal Ehtiyat Bankındakı hesabına daxil olaraq SWIFT sistemi vasitəsilə 1 milyard dollara yaxın vəsaiti köçürməyə cəhd etdilər. Xakerlər bankın sisteminə aylar öncə sızaraq bütün əməliyyatları izləmişdilər. Səhvlə yazılan bir ingilis sözü (“foundation” əvəzinə “fandation“) transit sistemində şübhə yaratsa da, hakerlər artıq 81 milyon dolları Filippindəki kazinolar vasitəsilə nağdlaşdırıb izi itirməyi bacarmışdılar. Bu hadisə tarixin ən böyük kiber bank soyğununlarından biri hesab olunur və hücumun arxasında duran əsas kiber qrup bu gün də tam müəyyən edilməyib.

Bu hadisələr göstərir ki, kriminologiya nə qədər inkişaf etsə də, insan zəkası və soyuqqanlı planlaşdırma bəzən ən mükəmməl təhlükəsizlik sistemlərini belə tamamilə paraliz etməyə qadirdir.

REKLAM728×90
Paylaş: