Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Tarixin ən çox xəyanətə uğrayan generalı

03 Avqust 2026, 10:07 Dünya
728×90

İkincisi dünya müharibəsini başladan Almaniya, sürətlə Avropanı alıb, SSSR-yə üz tutdu.
Alman tankları Moskvanın 25 km-ə qədər yaxınlaşdı.
Kəskin hərbi zəkası ilə önə çıxan general Georgi Konstantinoviç Jukov, Almaniyanın ordusunu geri qaytardı. Ardından Stalinqrad uğrunda gedən döyüşdə alman ordusunu məğlub etdi. Kursk döyüşlərini zəfərlə başa vurdu. Almaniyanın paytaxtı Berlini darmadağın etdi. Nəhayət 1945-ci ildə Almaniya hökumətinə məğlubiyyət aktını şəxsən imzalatdırdı.
Jukovun qələbəsindən iki ay ötməmiş, Stalinin əmri ilə Odessada kiçik bir qarniozana göndərildi.
Stalinin ölümündən sonra Nikita Sergeyeviç Xruşov hakimiyyətə gəldi.
Xruşovun idarəçiliyində yaranan narazılıq səbəbilə, 1957-ci ildə ölkə daxilində ixtişaş başladı.
Xruşov Jukovun köməyi ilə ixtisası yatırdı və onu mövqeyində saxladı.
Xrusovda Stalin kimi, Jukovun kəskin hərbi zəkasından qorxub, onu təkrar sürgünə yolladı.
Döyüş meydanında mümkün olmayanı mümkün edən Jukovun nüfuzu və bacarığı onların şəxsiyyətinə kölgə salırdı. Bu səbəblə xilas etdiyi hər bir rəhbər onu yox etməyə çalışdı.
Göründüyü kimi, tarixin ən böyük hərb dahisi general Georgi Konstantinoviç Jukov ən çox xəyanətə uğrayan şəxsiyyətlərdən biri olaraq tarixə düşdü.

Tərifə Şükürqızı

728×90
Paylaş: