Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Tanqo haqqında nə bilirik?

17 İyul 2026, 09:15 Mədəniyyət
728×90

Tanqo eşqin və ehtirasın rəqsi olaraq hər zaman böyük sevgi və coşqu ilə qarşılanıb.

Günümüzdə ailələr övladlarına tanqonun incəliklərini öyrənmələri üçün sərvət xərcləyirlər.
Doğurdan da coşqulu və dinamik rəqsdir.
Bəs tanqo harada və kimlər tərəfindən yarandığı barədə həqiqətləri bilirik?
Tanqonun yaranması barədə internet üzərindən müxtəlif fikirlər yazılır.
Lakin tanqo haqqında həqiqətə daha yaxın olan məlumatlar azdır.
Keçmiş sovet dövründə qadağan olunan tanqo, sovet ideologiyasına zidd hesab olunurdu. Hətta əxlaqi dəyərlərə zidd olduğu hesab edilirdi.
Sovet dövrünün mətbuatı, tanqonun ilk dəfə Argentina həbsxanalarında məhkum qadınlar tərəfindən yaranmış rəqs olduğunu yazırdılar.
Hiss və ehtiraslarını jest, kəskin hərəkətləri ilə söyləməyə çalışan qadınlar, bədən dili ilə danışıblar.
İlk dövrlər tanqonun quruluşuna diqqət etdikdə, partnyorlar arasında qadının hərəkətləri daha sərt və üsyankar təsiri bağışlayır. Sanki cismində və ruhunda asılan zəncirləri qırıb, dəli ehtirasla sevişməyə can atır.
Məhz bu səbəblə, kommunist ideologiyası tanqonu sovet adamına layiq olmayan davranış hesab etdiyi üçün qadağan edirdi.
Buna baxmayaraq, o dövr AzTv kanalında həftədə bir gün, 30 dəqiqə “Cəlalə” rəqs qrupu tərəfindən, tanqo rəqsi yayımlanırdı.(Təbii ki, yumşaq plastika ilə)
Argentinalı məhbus qadınlar haradan bilə bilərdilər ki, iki-üç əsrdən sonra onların bədən dilləri ilə söylədikləri hayqırışlarının, gün gələcək böyük , dəbdəbəli rəqs meydanlarında müsabiqəsi keçiriləcək.

Tərifə Şükürqızı.

728×90
Paylaş: