Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Millətin rüsvayçı adəti

23 Noyabr 2026, 11:00 Dünya
728×90

Tarixin qaranlıq dərinliklərinə etdiyimiz səyahətdə qarşımıza çıxan tablolar insan olmağımızdan utandırır. Müqəddəs deyə təbliğ edilən dəyərlərin əxlaqsızlıq pərdəsi yırtılır. Bu gün sizinlə söhbəti dolandırmadan qədim İran cəmiyyətində aryaların evlilik adətlərindən danışmaq istəyirik. (Arya qədim Hind-İran dilində iranlılar olaraq tanınır.)

Əhəməni və Sasani dövrlərində, hətta XI əsrə qədər davam edən, Zərdüştlüyün müqəddəs kitabı olan Avestada bəhs olunan “Xvetuqdas” ayini nəyə xidmət edir? Qədim İran hakimiyyətinin sırf bioloji maraqlarına xidmət edən Xvetuqdas adəti atanın qızla, ananın oğulla, qardaşın bacı ilə evliliyini dəstəkləyir.

Zərdüşt kahinləri belə bir nigah aktını müqəddəs əməl hesab etsələr də, xalq arasında geniş yayılmış deyildi. Belə bir rəzaləti yalnız hakimiyyət və Zərdüşt kahinləri özlərinə rəva bilirdilər. Əlbəttə ki, onlar rəzalət deyil, müqəddəs ayin olduğunu qəbul edirdilər və ya belə bir don geyindirib əməllərinə haqq qazandırmağa çalışırdılar. Bunun saf qanın qorunması, hakimiyyətin parçalanmaması, sərvətin bir əldə toplanması kimi nəfsani tələblər üzərindən tətbiq olunmasını əsas götürürdülər.

Herodot Əhəməni və Sasani sülalələrinin hakimiyyəti dövründə utanc verici Xvetuqdas adətini qələmə alarkən, Zərdüştlükdə müqəddəs əməl kimi hesab olunduğunu vurğulayır. Müasir zərdüştçülər bunu təkzib edərək yaxın qohum evliliyi (kuzen evliliyi) kimi qələmə verməyə çalışırlar. Lakin tarixi həqiqət daş yaddaşda silinmədən durur.

Xvetuqdas kimi və buna bənzər rüsvayçı adətlərin günümüz Hindistanında hələ də mövcud olduğu məlumdur. Lakin insan nəfsinin üz qızardan eyibləri barədə bu qədər danışmaq yetərincə utancvericidir.

Başqa millətlərin tarixinə, genetikasına nəzər saldıqda, əsla şovinist olmasaq da şovinist düşüncə kimi səslənən aşağıdakı ifadəni söyləməmək mümkün deyil:

“Tanrının quluna ən böyük lütfü, onu türk olaraq dünyaya gətirməsidir”.

Tərifə Şükürqızı

728×90
Paylaş: