10 yaşlı gəlinin cəsarəti, ölkəni titrətdi

Yəmənli Nujood Alinin (Nujud Əli) cəmi 10 yaşı var idi. Atası qızını özündən yaşca üç dəfə böyük birinə satdı. Nujood ər evində yaşadığı iki ay müddətində, fiziki işgəncələrə, zorakılığa, cinsi istismara məruz qaldı.
Bir gün marketə getmək adı ilə evdən çıxan kiçik gəlin, birbaşa Səna şəhər məhkəməsinə yollanır. Nujoodun vəkilliyini üzərinə götürən Şada Nasser məhkəmədən müvəkkilinin xeyrinə Qərar çıxardır. Beləliklə, kiçik gəlin Nujood arzuolunmaz evlilikdən azad olur. Ardından öz həyatını əks etdirən kitab yazır. Kitab nəinki Yəməndə, dünyanın bir sıra öncül dövlətlərində böyük maraqla qarşılanır.
Nujoodun cəsarətli addımı nəticəsində dövlət qadınların evlilik yaşının 17 yaş üzərinə çıxarılması barədə Qərar verir.
Heç bir təhsili, statusu, maddi durumu olmayan 10 yaşlı qızın özünə inamı, ölkəsinin qadınlarının həyatını dəyişdi.
Həyat bir daha sübut etdi ki, böyük işlər görmək üçün kiçik olmaq əngəl deyil. Önəmli olan insanın cəsarətidir ki, önündə heç bir sərhəd dayana bilməz.

Tərifə Şükürqızı
