Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Yeni Azərbaycan Partiyasının fəaliyyətində siyasi dialoq və sağlam əməkdaşlıq məsələləri də mühüm yer tutur

23 Noyabr 2026, 01:32 Cəmiyyət
728×90

Yeni Azərbaycan Partiyasının fəaliyyətində siyasi dialoq və sağlam əməkdaşlıq məsələləri də mühüm yer tutur

 

Son illərdə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər ölkəmizin qarşısında yeni vəzifələr müəyyənləşdirib. 2023-cü ildə dövlət suverenliyinin tam bərpasından sonra əsas diqqət azad edilmiş ərazilərin bərpasına, Böyük Qayıdışın həyata keçirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və regionda davamlı sülhün təmin olunmasına yönəlib.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş də regionda sülhün və əməkdaşlığın gələcəyi baxımından mühüm hadisə oldu. Görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi paraflandı, Birgə Bəyannamə imzalandı. Bu sənədlərdə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət, güc tətbiqindən çəkinmək, regional kommunikasiyaların açılması kimi məsələlər öz əksini tapdı. Bu addımlar Cənubi Qafqazda uzunmüddətli sülhün və əməkdaşlığın təmin olunması baxımından yeni imkanlar yaratdı.

Yeni Azərbaycan Partiyasının fəaliyyətində siyasi dialoq və sağlam əməkdaşlıq məsələləri də mühüm yer tutur. Ölkədə müxtəlif siyasi qüvvələr arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi, fikir ayrılıqlarının dialoq yolu ilə müzakirəsi və cəmiyyətin ümumi maraqlarına xidmət edən təşəbbüslərin dəstəklənməsi siyasi həyatın vacib istiqamətlərindəndir.

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra bütün ölkə ərazisində prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi də müstəqillik tariximizin mühüm hadisələrindən biri oldu. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

2024-cü il sentyabrın 1-də keçirilən Milli Məclisə seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası parlamentdə 68 deputatla təmsil olunmaq hüququ qazandı. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə YAP-ın 5855 üzvü bələdiyyə üzvü seçildi. Bu nəticələr partiyanın ölkənin siyasi həyatında mühüm yer tutduğunu və təşkilati fəaliyyətini davam etdirdiyini göstərir.

2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı isə partiyanın tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultayda ölkənin qarşısında duran yeni vəzifələr, partiyanın gələcək fəaliyyət istiqamətləri və strateji hədəfləri müzakirə edildi.

Qurultayda Prezident İlham Əliyev çıxış edərək bildirdi ki, əvvəlki dövrdə qarşıya qoyulan əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyimizin tam bərpası idi. Bu gün isə əsas vəzifə qazanılmış tarixi Zəfəri qorumaq, ölkənin təhlükəsizliyini daha da gücləndirmək, iqtisadi inkişafı davam etdirmək və xalqımızın rifahını yüksəltməkdir.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

728×90
Paylaş: