Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Yaponiya təhsili öncə insanlıq, sonra təhsil verir

05 Oktyabr 2026, 13:30 Özəl
728×90

Əgər Yaponiyada yaşasaydınız, övladınız birinci sinifə gedən zaman, sizə yazılı bir vərəq veriləcəkdi.

Vərəqdə aşağıdakılar yazılır.

Biri danışan zaman diqqətlə dinləməli, salam verməli, soruşulan suallara aydın cavab verməli, başqalarının əşyalarına hörmətlə yanaşmalı, ətrafı səliqəli saxlamalı, ən başlıcası, yalan danışmamalı, heç kimi xor görməməli, ehtiyacı olan kəsə yardım etməli, başqalarının arxasınca pis sözlər danışmamalı, səhvləri üçün səmimi şəkildə üzr istəməli, dostları ilə gözəl rəftar etməli, bərabər oyun oynamalı və gəzintiyə çıxmaları kimi mükəmməl davranışlar yazılır.

Tətbiq edilən təlim və tədris sistemi, gələcəkdə sadəcə bir mütəxəssis, elm adamı yetişdirməyə deyil, mənəviyyatı zəngin insan yetişdirməyə xidmət edir.

Etiraf edim ki, belə bir tədris sistemi olduğu üçün, yapon millətinə qibtə etdim və  “Kaş bizim təhsilimizdə bunun az bir qismi tətbiq olunardı, nəinki, yüksək qiymət üçün alınan rüşvət və digər mərifətlərimiz” deyə, düşündüm. 


Tərifə Şükürqızı

728×90
Paylaş: