Ukraynadan Polşaya sərt xəbərdarlıq: “Biz heç bir ultimatumu qəbul etməyəcəyik”

Ukrayna Prezidenti Ofisinin rəhbəri general-leytenant Kirilo Budanov Ukrayna-Polşa münasibətlərində gərginliyin pik həddə çatacağı barədə xəbərdarlıq edib. O bildirib ki, rəsmi Varşava tərəfindən yaxın günlərdə yeni “eskalasiya addımları” gözlənilir.
Faktum.az-ın məlumatına görə, “RBC-Ukrayna” agentliyinə müsahibə verən Budanov qeyd edib ki, münasibətlərdəki bu kəskinləşmə Polşada hər il iyulun 11-də qeyd olunan “Volın qətliamı qurbanlarının milli anım günü” ilə bağlıdır.
Prezident Ofisi rəhbərinin sözlərinə görə, Polşa tərəfi bu ərəfədə bir sıra düşünülməmiş addımlara hazırlaşır: “Əlimdə olan məlumatlara görə, onlar kifayət qədər qeyri-yetkin və gərginliyi artıracaq addımlar seriyası hazırlayırlar. Görünən odur ki, bu proses hələ bir müddət davam edəcək”.
Bununla belə, general Ukraynanın Polşadan gələn heç bir təzyiq və ultimatumu qəbul etməyəcəyini qətiyyətlə vurğulayıb:
“Bizə sonuncu dəfə ultimatum verməyə çalışan tərəf Rusiya Federasiyası olub. Polşanın xətrinə dəyməsin, amma Rusiya ondan bir az daha güclüdür. Biz onların da ultimatumatunu qəbul etmədik, Polşanınkını da qəbul etməyəcəyik”.
