Turqut Özaldan Mosat agentinə tərs şillə

Faktum.az xəbər verir ki, 1989-cu ilin payızında İstanbul boğazına dəbdəbəli görüntüsü və gözqamaşdıran işıqları ilə bir gəmi yaxınlaşdı. Gəmi dünyada media baronu kimi tanınan, istədiyi siyasətçini, naziri, rəhbəri yox edə bilən, İsrail, İngiltərə və Fransa vətəndaşı, MOSSAD-ın yerlərdə olan agenti Robert Maksvelə məxsus idi.
Bu, o Robert idi ki, qızı Kristinanın adı Epşteyn adasında baş verən qanlı cinayətlərdə birbaşa iştirakçı olaraq tanınır. İstanbul boğazına yaxınlaşan Robertin gəmisinin adı da Lady Christina idi.
Robert Maksvel nə məqsədlə İstanbula gəlmişdi və 450 milyon dollarla Türkiyədə nəyi satın almaq istəyirdi?
Təbii ki, Türkiyə mediasını, Hürriyyət qəzetini satın alırdı. Bəs qəzeti almaqda məqsəd nə idi?
O dövrdə SSRİ-nin dağılması ilə yeni dünya modeli yaranırdı. Belə bir vaxtda Türkiyə bir çox ölkələr üçün açar rolunu oynayırdı. Lakin dövləti idarə etmək üçün yalnız siyasətçiləri deyil, xalqı satın almaq lazım idi. London və Təl-Əvivdən şəkilləndirilən media ilə türkün genofondunu, düşüncə modelini manqurtlaşdırmaq MOSSAD-ın əsas hədəfi idi.
Bu məqsədlə Hürriyyət qəzetinin sahibi Erol Simavi ilə həmin gəmidə görüş oldu. Erol Simavi Robertlə razılığa gəldi, yalnız imzaların təsdiqi qalırdı. Sövdələşmə Ankaraya çatdıqda Turgut Özal kəskin şəkildə bunu rədd etdi. Türkiyə mediasının MOSSAD əlində oyuncaq edilməsinə, xalqın şüurunun zəhərlənməsinə qəti şəkildə qadağa qoydu.
Təbii ki, belə bir hal Roberti və onu idarə edənləri çox qəzəbləndirdi, Turgut Özala təhdidlər, hədələr səngimədi.
Biz 450 milyonun haradan gəldiyi barədə heç açıqlama vermədik. Təklif olunan 450 milyon İngiltərə mətbuatında çalışan insanların pensiya fonduna toplanan kapitalları idi ki, zəhmətkeşin alın təri, gələcək sığortası çirkli oyunlar üçün oğurlanmışdı.
Atalardan gözəl deyim var: “Su çanağı suda sınar”.
Robert Türkiyədə Özaldan aldığı tərs şillənin acısını unutmaq üçün 1991-ci ildə həmin bəzəkli gəmisi ilə Atlantik okeanında səyahət edərkən suya düşdü və ya suya atdılar — burası müəmmadır. Beləcə ömrünü iftiraya, intriqaya, xəyanətə, zülmə və haqsızlığa həsr edən Robert 68 yaşında dünyanı tərk etdi. Ölüm səbəbinə intihar görüntüsü verilsə də, artıq işə yaramadığı üçün ortada gəzməsi gözə batırdı.
Sevindirici hal odur ki, Turgut Özal 90-cı illərdə türk mediasını böyük bir fəlakətdən xilas etdi. Çox acı olsa da qeyd edək ki, bu gün dünya mediası xilas ola bilmədi.

Tərifə Şükürqızı
