Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşları deportasiya olundular

23 Oktyabr 2026, 21:19 Cəmiyyət
728×90

Gürcüstanda qanunsuz immiqrantlara qarşı keçirilən növbəti reydlərdən sonra 48 əcnəbi saxlanılıb.

Faktum.az  xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları da var.

Qanunsuz immiqrantlar restoranlarda, hotellərdə və digər yerlərdə aparılan immiqrasiya yoxlamaları nəticəsində müəyyən edilib.

İlin əvvəlindən bəri 3000-dən çox əcnəbi Gürcüstandan deportasiya edilib ki, bu da 2025-ci ilin bütün göstəricisindən təxminən 2,5 dəfə çoxdur.

728×90
Paylaş: