Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Şuşa fatihinin doğum günü -Şərəfli ömür yolu

24 Avqust 2026, 13:30 Cəmiyyət
728×90

Faktum.az xəbər verir ki, avqustun 24-ü Azərbaycan tarixinin şanlı səhifələrinə adını qızıl hərflərlə yazdırmış, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Tehran Mənsimovun doğum günüdür.

1972-ci ildə Qusar rayonunun Düztahir kəndində anadan olan bu cəsur komandir ömrünü bütövlüklə orduya, Vətən müdafiəsinə bağlayaraq hərbi xidmətin hər bir pilləsində yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmişdir.

Xüsusilə 44 günlük Vətən Müharibəsində Tehran Mənsimovun rəhbərlik etdiyi əməliyyatlar hərbi dərsliklərə düşəcək nitq və strategiya nümunəsidir. Keçilməz qayaları, sıldırımları aşaraq Şuşa şəhərinin azad edilməsi əməliyyatına birbaşa rəhbərlik edən komandirlərdən biri kimi onun göstərdiyi şücaət və sarsılmaz iradə döyüşün taleyini həlledici şəkildə dəyişmişdir. Məhz onun polad iradəsi və tabeliyindəki şəxsi heyətin qəhrəmanlığı nəticəsində Şuşada üçrəngli bayrağımız dalğalanmış, xalqımızın 30 illik həsrətinə son qoyulmuşdur.

Dövlətimiz tərəfindən göstərdiyi misilsiz xidmətlərə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı və bir çox ali hərbi medallarla təltif edilən Tehran Mənsimov bu gün də gənc nəsil üçün əsl vətənpərvərlik, mərdlik və fədakarlıq simvoludur. Şərəfli ömür yolunda, Vətən qarşısındakı müqəddəs borcunu ləyaqətlə yerinə yetirən qəhrəman komandirə möhkəm cansağlığı və yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Jalə Asiman

AJB üzvü

Faktum.az informasiya portalının rəhbəri

728×90
Paylaş: