Siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir

Siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir
Dövlətlərarası münasibətlərin möhkəmliyi tarixi təcrübə, siyasi iradə və qarşılıqlı etimadla yanaşı, ortaq maraqların uzlaşdırılması və əməkdaşlığın konkret nəticələrlə zənginləşdirilməsi ilə müəyyən olunur. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində müxtəlif regionların dövlətləri ilə əlaqələrini genişləndirir, beynəlxalq əməkdaşlıq imkanlarından milli maraqlarının təmin olunması və yeni tərəfdaşlıqların qurulması istiqamətində səmərəli istifadə edir.
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri bu siyasətin mühüm təzahürlərindən biridir. Cənub-Şərqi Asiyada yerləşən Laos ilə ölkəmiz arasında münasibətlər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq iradəsinə əsaslanır. Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat isə ikitərəfli əlaqələrin mövcud vəziyyətini, iqtisadi və humanitar potensialını, eləcə də gələcək əməkdaşlığın əsas istiqamətlərini əks etdirən mühüm siyasi məzmun daşıyır.
Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. Siyasi dialoqun mövcud səviyyəsi və qarşılıqlı əməkdaşlıq iqtisadi münasibətlərin də genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Bu baxımdan, siyasi sahədə əldə edilmiş müsbət nəticələrin iqtisadi əməkdaşlıqda da öz əksini tapması, xüsusilə ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. İkitərəfli münasibətlərin mövcud potensialı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu göstərir. Ticarət dövriyyəsinin artırılması Azərbaycan-Laos iqtisadi münasibətlərinin əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir. Bu istiqamətdə qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və biznes dairələrinin əməkdaşlığa cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. İqtisadi əlaqələrin inkişafı üçün hər iki ölkənin biznes subyektləri arasında təmasların artırılması və qarşılıqlı maraq doğuran layihələrin müəyyənləşdirilməsi vacibdir.
Bu baxımdan, Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olacaqdır. Forum çərçivəsində işgüzar dairələr arasında məlumat mübadiləsinin aparılması, mövcud iqtisadi imkanların təqdim edilməsi və potensial tərəfdaşların bir araya gətirilməsi nəzərdə tutulur. Bu platforma sahibkarların qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə, yeni biznes əlaqələrinin qurulmasına və ticarət dövriyyəsinin artırılması üçün konkret imkanların müəyyənləşdirilməsinə şərait yarada bilər.
İnvestisiya əməkdaşlığının inkişafı da ikitərəfli iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biridir. İnvestisiya layihələrinin qiymətləndirilməsi zamanı onların iqtisadi səmərəliliyi, qarşılıqlı faydası və uzunmüddətli əməkdaşlıq perspektivləri nəzərə alına bilər. Bu yanaşma Azərbaycan investorlarının Laos bazarındakı imkanlarla daha yaxından tanış olmasına, eyni zamanda, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafına kömək edə bilər. Konkret layihələr ətrafında aparılacaq müzakirələr iqtisadi əməkdaşlığın ümumi çərçivədən çıxaraq praktiki mərhələyə keçməsi üçün zəmin yaradacaqdır.
Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri
