Siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir
Azərbaycan və Laos arasında siyasi münasibətlər yaxşı səviyyədədir. Bununla yanaşı, iqtisadi əlaqələrin mövcud imkanlara uyğun genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya sahəsində yeni layihələrin həyata keçirilməsi üçün geniş perspektivlər mövcuddur. Bu baxımdan Prezident Thonqlun Sisulitin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin praktiki məzmununun gücləndirilməsinə xidmət edir.
Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasından 30 ildən artıq vaxt keçir. Bu müddət ərzində iki ölkə arasında siyasi əlaqələr inkişaf etmiş, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək münasibətlərin əsas istiqamətlərindən biri olmuşdur. Ötən illər ərzində formalaşmış siyasi dialoq ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, qarşılıqlı anlaşmanın inkişafına və beynəlxalq platformalarda əməkdaşlığın davam etdirilməsinə imkan yaratmışdır.
Azərbaycan ilə Laos arasında münasibətlərin mühüm xüsusiyyətlərindən biri beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən həmrəylik və qarşılıqlı dəstəkdir. Müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafında əhəmiyyətli yer tutur. Bu çərçivədə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsinin aparılması, əməkdaşlığın davam etdirilməsi və beynəlxalq gündəlikdə duran məsələlərə dair dialoqun saxlanılması münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan Respublikası xarici siyasətində müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir. Laos Xalq Demokratik Respublikası ilə münasibətlər də bu çərçivədə siyasi dialoqun davam etdirilməsi və beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. İki ölkə arasında mövcud əlaqələrin inkişafı üçün siyasi təmasların davamlı xarakter daşıması və qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin aparılması vacibdir.
Diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində əldə edilmiş təcrübə gələcək əməkdaşlığın inkişafı üçün əsas yaradır. Bu təcrübənin davam etdirilməsi, mövcud siyasi əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin saxlanılması münasibətlərin daha da inkişafına töhfə verə bilər. Eyni zamanda, yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər siyasi dialoqun genişləndirilməsi, ikitərəfli gündəliyin müzakirəsi və gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə Laos arasında siyasi münasibətlərin inkişafı qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu prinsiplərin qorunması ikitərəfli əlaqələrin davamlılığını təmin edən amillərdəndir. Beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən həmrəylik və qarşılıqlı dəstək də münasibətlərin mühüm tərkib hissəsi olaraq qalır.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Laos arasında “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilib, iki mühüm əməkdaşlıq sənədinin imzalanması və sənədlərin mübadiləsi mərasiminin keçirilməsi olub. İmzalanmış sənədlərin əhəmiyyəti yalnız ikitərəfli münasibətlərin rəsmiləşdirilməsi ilə məhdudlaşmır. Onlar gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi, əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsi və əldə edilmiş razılaşmaların konkret layihələrə çevrilməsi üçün imkanlar yaradır.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
