Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Səfəvilər və Osmanlı: Şərqin taleyi

30 İyul 2026, 11:30 Dünya
728×90

Faktum.az xəbər verir ki, XVI–XVII əsrlərdə Yaxın Şərqin və Qafqazın siyasi taleyini həll edən ən kəskin qarşıdurma iki böyük Türk-İslam imperiyası – Səfəvilər və Osmanlılar arasında yaşanmışdır.

1514-cü ildə baş verən məşhur Çaldıran döyüşü ilə alovlanan bu hərbi-siyasi və ideoloji rəqabət əsrlər boyu İraq, Azərbaycan və Şərqi Anadolu torpaqları üzərində hakimiyyət uğrunda fasiləsiz müharibələrlə müşayiət olunmuşdur.

Şah İsmayıl və Sultan Səlim dövründən başlayan bu mübarizə I Şah Abbas və IV Murad zamanında ən pik həddinə çatmış, nəhayət 1639-cu ildə imzalanan Qəsri-Şirin müqaviləsi ilə hər iki imperiyanın sərhədlərini uzunmüddətli sabitliyə qovuşduraraq müasir Yaxın Şərqin geo-politik xəritəsinin bünövrəsini qoymuşdur.

728×90
Paylaş: