Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”Qız doğulsaydı boğub öldürərdim”

23 Noyabr 2026, 10:30 Cəmiyyət
728×90

Ata dilindən çıxan, tükürpədən kəlmə. İllər öncə bir atanın etdiklərinin bugünkü etirafları, vicdan əzabları bir insan olaraq əsla mərhəmət hissi yarada bilmədi. Sizə yaşanmış həyat hekayəsindən bəhs etmək istəyirik, yaxın gəlin.

Soyumuz olan türk atalarımız ailədə övlad ayrıcalığı qoymamışlar. Ərəblərin İslam adı ilə gətirdikləri ərəb adətləri türk ailəsində qız övladı utancı formalaşdırdı. Əsrlər boyu qız övladı dünyaya gətirən ana alçaldıldı, döyüldü, evindən qovuldu, üzərinə günü gətirildi. Nəisə ki, bunlar hazırkı mövzumuza sığacaq olmadığı üçün təhlilimizi sonraya saxlayıb keçək mətləbə.

İllər öncə yaxından tanıdığımız bir ailədə qadın hamilə olduğu zaman ata məcburi şəkildə dölün cinsiyyətini yoxlamağı tələb etdi. Döl oğlan isə doğulmasına icazə verdi. Qız isə tələf etdirdi. Mənəviyyatı dayaz ərə qarşı gələ bilməyən qadın kölə kimi ərin istəyinə boyun əydi. Bu minvalla qadın dəfələrlə abort olundu və sağlığı ciddi şəkildə zədələndi.

Hazırda ailənin 4 oğlan övladı var. Var dedik, sanmayın ki, övladdırlar. Hər biri atanın insan şəklində təzahür etmiş günah yükləridir desək, yerinə düşər. Artıq yetkinlik yaşında olan oğlanlar cahil ata, müti ana himayəsində hər bir zərərli vərdişlərə sahib şəkildə böyüdülər. Bir zamanlar oğulları ilə fəxr edən ata indi oğullarının oğurluq, narkotika asılılığı, quldurluq, xuliqanlıq, təcavüz və s. cinayət əməllərindən xəcalət çəkir. Ailənin bugünkü halı, obrazlı desək, boğaza qədər bataqlığa batmış vəziyyətdir.

Qız övladına qənim kəsilən ata indi “Kaş 7 qızım olardı” deyə göz yaşı tökür. “Mənim qızım olarsa ərə verib rüsvay olmaq istəmərəm” deyən ata oğullarının “hünərləri” ilə “başı göylərə dayanır”. Bir neçə gün öncə insult keçirən ata xəstəxana çarpayısında gözləri qapıda asılı qalıb. 4 oğuldan halını soruşacaq birisi yoxdur.

Söhbətimizin önündə atanın halı qəlbimizdə mərhəmət hissi yaratmadı dedikdə, görünür bunun səbəbi günahkar ruhunun zəncirləri və ya doğulmadan “edam” etdirdiyi qız övladlarının lənəti idi. İnsanın cəhaləti üzündən yaşanmış acı həqiqət bəzən insan olmağın utancını yaşadır.

Tərifə Şükürqızı

728×90
Paylaş: