Haqqımızda Reklam Əlaqə
160×600
160×600

16 aylıq körpəni ac-susuz öldürən ana

23 Noyabr 2026, 09:45 Dünya
728×90

ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayan 32 yaşlı Kristel Kandelario (Kristel Candelario) 2024-cü ilin mart ayında məhkəmə qarşısına çıxarılıb, şərti azadlıq verilmədən ömürlük həbs cəzasına məhkum edildi.

Kristel hansı cinayəti törətmişdir ki, bu qədər ağır cəzaya çatdırıldı? Qızı Ceylin (Jailyn) hələ 16 aylıq idi. Oyuncaq uşaq arabasında (manej) yenicə gəzməyə başlamışdı. Kristel körpə qızını evdə təkbaşına buraxıb, 10 günlüyə Detroyt və Puerto-Rikoya tətilə gedir. Körpə Ceylinə baxması üçün heç kimi təyin etmir. 10 gündən sonra qayıtdıqda körpənin cansız bədəni ilə qarşılaşır. Polisə xəbər verir. Aparılan ekspertiza körpənin aclıqdan, susuzluqdan öldüyünü təsdiqləyir.

Kristel Kandelarionun daha öncələr körpə Ceylini 6 həftə qonşuya buraxıb geri dönməsi, böyük qızının baxımını ata-anasına buraxması onun ana məsuliyyəti daşımadığının təsdiqi idi. Kristel məhkəmədə antidepresant preparatlar qəbul etdiyini söyləsə də, ədalətli hakim köməksiz körpəni ölümə tərk edən anaya mərhəmət etmədi.

Çox təəssüf ki, bəzən ana olmaq şərəfi ana adına layiq olmayan ünsürlərə nəsib olur.

Tərifə Şükürqızı

728×90
Paylaş: