Qatil qrip: 1918-ci ilin qırmızı kölgəsi

Faktum.az xəbər verir ki, Birinci Dünya Müharibəsinin sonlarında – 1918-ci ildə baş qaldıran “İspan qrippi” (H1N1 virusu) cəmi 15 ay ərzində təxminən 500 milyon insana (o dövrdək dünya əhalisinin üçdə birinə) yoluxaraq 50 milyondan çox insanın həyatına son qoyan bəşər tarixinin ən dəhşətli pandemiyasıdır.
Adının əksinə olaraq İspaniyadan deyil, müharibə cəbhələrindəki hərbi düşərgələrdən yayıldığı ehtimal edilən bu virus, müharibə şəraitindəki senzura səbəbindən ilk dəfə neytral İspaniya mətbuatında açıq yazıldığı üçün bu adı almışdır.
Adi qriplərdən fərqli olaraq qocaları və uşaqları deyil, güclü immun sisteminə malik 20-40 yaş arası gəncləri hədəf alan virus, ağciyərlərdə yaratdığı kəskin fəsadlarla xəstələri cəmi bir kaç gün içində boğaraq öldürürdü. İki dünya müharibəsində ölənlərin cəmindən daha çox insan tələfatına səbəb olan bu dəhşətli pandemiya, müharibənin kölgəsində qaldığı üçün uzun illər tarixin “unudulmuş fəlakəti” kimi yaddaşlarda yaşamışdır.
