Körpə yanaqları niyə kökdür?

Körpəlq həyatımızın nəşəsidir. Gərgin, yorğun, əsəbi halımızda kök yanaqları ilə üzümüzə gülümsəmələri, bir anda ruhunuzu ovsunlayırlar. Hətta tamamilə yad olsa belə, bir anda içimizdə körpənin ətli yanaqlarını öpüb, oxşamaq istəyimiz baş qaldırır.
Heç düşünmüsünüz ki, körpə nə qədər zəif, çəlimsiz olsa belə, yanaqları ətli, dik olur? Yalnız əmməklə qidalanan körpənin güclü yanaq əzələləri olmalidir. Buna “süd yaşıdları” deyilir.
Böyüklərin sevib oxşamaq istədikləri süd yastıqları, körpənin əmmək gücünü artirir. Əslində yanağına baxıb, “kök uşaqdır” deyə düşünmək yalnış düşüncədir.
Körpə əmmək vərdişlərindən, yemək vərdişlərinə başladığı zaman, çox sevdiyimiz süd yastıqları tədricən əriməyə başlayır.
Nəhayətində, hər evin sevinci, nəsəsi, xoşbəxtliyi olan körpələr, “tontus” yanaqları ilə üzünüzü güldürsün.
Tərifə Şükürqızı
