Haqqımızda Reklam Əlaqə
160×600
160×600

GƏNC RƏSSAMIN GÜZGÜ ÜZƏRİNDƏ PORTRET ƏSƏRİNİN TƏQDİMATI

26 Avqust 2026, 10:23 Mədəniyyət
728×90

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Lamiyə Zaman xanım Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatlı yazıçı- publisist Səxavət Tağların güzgü üzərində portretini işləmişdir. Bu gün Sumqayıt şəhərində “Gənclik city” Ailəvi istirahət məkanında həmin portretin təqdimolunma mərasimi keçirildi.
Səxavət Tağların Xalq yazıçısı Anar nəsli barədə ” Bir nəslin dörd fəsli”, “Qarabağ düşüncələri”, ” Ana fəryadı”, “Gecikmiş məktub”, “Şərqin bülbülü” kimi ədəbi- bədii əsərləri geniş oxucu kütləsi tərəfindən, “Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi” adlı metodik vəsaiti isə pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Səxavət Tağlar səmərəli pedaqoji və ədəbi- publisistik fəaliyyətinə görə bir çox mükafatlar almışdır.
– “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı”(1875-2025).
-“Turan birliyi” və” Vətənpərvərlik işinə görə” medalları
– “Yunis Əmrə” və “Beynəlxalq Rəsul Rza” ədəbiyyat mükafatları.
“Qızıl qələm” media mükafatı və s.
O bölgədə gənclərin dostu və himayədarı kimi tanınır, sevilir. KİM BİLİR, BƏLKƏ DƏ GƏNC RƏSSAM LAMİYƏ ZAMAN XANIM SƏXAVƏT MÜƏLLİMİN PORTRETİNİ BİR ƏSƏR KİMİ ƏRSƏYƏ GƏTİRƏNDƏ ONUN BU ALİ KEYFİYYƏTİNİ NƏZƏRƏ ALIB.
Təqdimat mərasimində İmişli rayon təhsil sektorunun aparıcı məsləhətçisi Atakişi Məhərrəmli, qəlbi-ruhu el həvəsi, dəyərli ziyalı Fəyaz Rüstəmov, müəllimə Şölə Hacıyeva və Səxavət müəllimin yaxınları iştirak edib, xoş fikirlər söylədilər.

728×90
Paylaş: