Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Cəbrayıl rayonunun elektrik təchizatı

04 Oktyabr 2026, 15:17 Cəmiyyət
728×90

Cəbrayıl rayonunun elektrik təchizatı

 

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.

Cəbrayıl rayonu da işğaldan azad edildikdən sonra burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas istiqamətlərindən biri müasir elektrik infrastrukturunun yaradılması olmuşdur. Elektrik enerjisi ilə dayanıqlı təminat rayonun yaşayış məntəqələrinin bərpası, sənaye və kənd təsərrüfatının inkişafı, sosial obyektlərin fəaliyyəti və yeni iqtisadi layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu istiqamətdə mühüm hadisələrdən biri 2021-ci il oktyabrın 4-də “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi olmuşdur. Yarımstansiyanın yaradılması rayonun enerji təminatının formalaşdırılması baxımından mühüm mərhələ təşkil etmişdir. “Cəbrayıl” yarımstansiyası ilk növbədə rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, şəhərsalma konsepsiyasına uyğun olaraq Cəbrayıl şəhərini, eləcə də rayonun kənd və qəsəbələrini elektrik enerjisi ilə təmin etmək məqsədi daşıyır.

Cəbrayılın enerji sisteminin inkişafında bərpa olunan enerji mənbələrindən istifadə də xüsusi yer tutur. 2025-ci il oktyabrın 28-də rayonun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməli qoyulmuşdur. Bu layihələr Cəbrayılın enerji potensialının artırılması ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji texnologiyalarının tətbiqinin genişləndirilməsinə xidmət edir. Rayonun elektrik infrastrukturunun daha da gücləndirilməsi istiqamətində 2026-cı il mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində 330 kV-luq “Şəfəq” yarımstansiyası istifadəyə verilmişdir. Yarımstansiyanın yaradılması 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının ölkənin enerji sisteminə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilmiş və onu “Cəbrayıl” Enerji Qovşağı ilə birləşdirən 7,5 kilometrlik 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilmişdir. Cəbrayılda bp şirkəti tərəfindən tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyası işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş enerjisi layihəsi kimi təqdim olunur. Layihənin həyata keçirilməsi regionun bərpa olunan enerji potensialından səmərəli istifadə etməyə, elektrik enerjisi istehsalında günəş enerjisinin payını artırmağa və enerji sisteminin inkişafına töhfə verməyə hesablanıb

 

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

 

728×90
Paylaş: