Böyük İskəndərin imperiyası: 32 yaşında dünyanı fəth edən sərkərdə

Faktum.az xəbər verir ki, qədim dünyanın ən dahi hərbi strateqlərindən biri hesab edilən Makedoniyalı İskəndər cəmi 32 illik ömründə Yunanıstandan Hindistana, Misirdən Mərkəzi Asiyaya qədər uzanan nəhəng bir imperiya quraraq dunya tarixinin axınını kökündən dəyişdirmişdir.
Aristoteldən dərs alan və gənc yaşlarından hərbi taktikalara yiyələnən İskəndər taxta çıxdıqdan dərhal sonra Əhəmənilər (Fars) imperiyasını darmadağın etmiş, keçirdiyi heç bir döyüşdə məğlubiyyət üzü görməmişdir. Onun hərbi zəkası, sürətli manevrləri və əsgərləri ilə çiyin-çiyinə döyüşməsi adını hərb tarixinə qızıl hərflərlə yazdırmışdır.
İskəndərin fəthləri sadəcə torpaqların ələ keçirilməsi ilə məhdudlaşmamış, Qərb və Şərq mədəniyyətlərinin sintezindən yaranan “Hellinizm” dövrünün əsasını qoymuşdur. E.ə. 323-cü ildə Babil şəhərində sirli şəkildə qəfil vəfat edən bu gənc sərkərdə arxasında böyük bir imperiya ilə yanaşı, əsrlər boyu danışılacaq əfsanəvi bir irs qoyub getmişdir.
