Bəşəriyyəti birləşdirən rəqəmsal inqilab: Ümumdünya Veb Günü

Faktum.az xəbər verir ki, avqustun 1-i bütün dünyada müasir rəqəmsal dövrün təməl daşı sayılan “Ümumdünya Veb (İnternet) Günü” (World Wide Web Day) kimi qeyd olunur.
1991-ci ilin avqust ayında britaniyalı alim Tim Berners-Li (Tim Berners-Lee) CERN laboratoriyasında hazırladığı “WWW” konseptini rəsmən ictimaiyyətə təqdim edərək müasir internetin və informasiya mübadiləsinin əsasını qoydu.
Məhz bu kəşf sayəsində məlumat axını sərhədləri aşaraq qlobal şəbəkəyə çevrildi, cəmiyyətlərin ünsiyyət, təhsil, media və biznes vərdişlərini kökündən dəyişdi. Bu gün təkcə texnoloji bir nailiyyətin xatırlanması deyil, həm də dünyanı vahid rəqəmsal məkanda birləşdirən, bilik və informasiyaya çıxışı hər kes üçün əlçatan edən böyük sivilizasiya inqilabının simvoludur.
