Avropanın gözəl qadın uğrunada cinayət imzası

Avropanın sarışın, mavi gözlü, düzgün bədən quruluşlu qadınları, tam bir gözəllik ilahəsi hesab olunacaq qədər qibtə ediləcəkdir. Lakin belə bir gözəlliyin arxasında necə böyük vəhşət, cinayət dayanır, xəyal belə etmək istəməzsiniz.
Qədim dünyada bu kimi cinayətləri, barbarlıq, vəhşilik, insanlıqdan uzaq hesab edib, qınayırıq.
Elm-texnikanın inkişaf etdiyi XX əsrin müasir Avropasında yaşanan insan haqlarına yönəlik bu cinayətləri hansı vandalizmə bağlayaq?
Avropa Allahın nizamına qarşı çıxıb, qüsursuz insan yaratmaq layihəsini başlatdı. Layihənin adı ÖJENİ idi.
Bununla bağlı, İlk olaraq 1934-cü ildə, İsveçrə ölkəsində kimlərin doğub -doğa bilməməsi barədə qərar çıxartdı.
Qərarda yalnız, xarici görüntüsü gözoxşayan, ağıllı hesab edilən, fiziki qüsurları olmayan insanların övlad sahibi olmasına icazə verilirdi.
Bu standartlara cavab verməyənlər, zorla qısırlaşdırılırdı. Qonşusu Norveç 40 min qadına, Danimarka 60 min qadını eyni ilə İsveçrədə olduğu kimi qısırlaşdıraraq, analıq adından məhrum etdi.
Almaniya daha da irəli gedərək, Kayzer Almaniyası dövründə “ali irq” proqramının tətbiqinə başladı. On minlərcə fiziki qüsurlu insanlar güllələndi. Amerika insanlığa yaşadılan bu vəhdətə ortaq oldu.
1999-cu ildə İsveçrə dövləti həyatlarını məhv etmiş ailələrdən üzr istədi. Gecikmiş üzr məhv olan ailələrin həyatlarını geri gətirmədiyi kimi, dəyəri də ucuz oldu.
Dünyaya, özünü “insan haqlarının qoruyucusu” deyə tanıdan Avropanın özü, insan haqlarını görünməmiş bir zalımlıqla, cinayətlə məhv etməsi barədə susur. Əvəzində LGBD haqlarını “insan hüquqları” deyib, eyni cinslərin evliliyini qanuniləşdirir.
Bütün bunlardan sonra, dünya, haqlarını tələb edən qadını FEMİNİST damğası ilə damğalamaqdan utanmır.

Tərifə Şükürqızı
