Acımı paylaşırsan, bir qaşıq acı qəhvəmi ud

Yas mərasimi bütün xalqlarda, hətta şüursz varlıq olan heyvanlarda belə acı verən psixolojı durumdur.
Belə bir hal yaşayan insan, acısını bölüşmək üçün dəstək axtarır.
Beləliklə hər xalqın özünə məxsus xeyir-şər adətləri yaranıb Bu dəfə sizi İraqda kecirilən yas adətləri ilə tanış etmək istəyirik.
Yas mərasimi keçirilən evdə, ev sahibi ortaya böyük bir məcməyi qoyur, içərisinə acı qəhvə toldurur. Yas mərasiminə gələn insanlar qəhvədən bir qaşıq alıb dilinin üzərinə tökür. Beləcə ev sahibinə, “acını anlayıram” mesajını verir.
Düzünü söyləmək gərəkirsə, məntiqli və gözəl adətdir. Yoxsa bizim yas mərasimlərimin kimi?! Süfrədə sadəcə tort və musiqi yoxdur. Kənardan baxınca ev sahibi itkisinin acısını yasayan biri deyil, gələn qonağını məmnun etməyə çalışan restoran sahibinə bənzəyir.
Tərifə Şükürqızı
