Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Kirayəçi evə ziyan vurubsa, zərəri kim ödəməlidir? – Hüquqşünas açıqladı

02 Oktyabr 2026, 11:00 Özəl
728×90

Mənzilinizi kirayəyə vermisiniz, amma kirayəçi çıxarkən evin divarlarını, mebelləri, qapıları, məişət texnikasını və ya digər əşyaları zədələyib?

Belə halda əsas məsələ zərərin həqiqətən kirayəçi tərəfindən vurulduğunu və məbləğini sübut etməkdir.

Əgər kirayəçi əmlaka ziyan vurubsa, dəymiş zərərin ödənilməsini tələb etmək mümkündür.

Bunun üçün aşağıdakılar əhəmiyyətlidir:

kirayə müqaviləsi;

mənzilin kirayəyə verilməzdən əvvəlki foto və videoları;

təhvil-təslim aktı;

zədələnmiş əmlakın foto və videoları;

təmir smetası və qəbzlər;

kirayəçi ilə yazışmalar;

ödənilmiş depozit barədə məlumat.

Sadəcə “evimi dağıdıb” demək kifayət etmir. Zərərin nə olduğu və nə qədər məbləğ təşkil etdiyi əsaslandırılmalıdır.

Kirayəçi zərəri könüllü ödəmirsə, mövcud sübutlardan asılı olaraq dəymiş zərərin məhkəmə qaydasında tələb edilməsi mümkündür.

Əgər siz də mənzilinizi kirayəyə vermisiniz və kirayəçi əmlakınıza ziyan vurubsa, sənədlərinizi, foto və videoları göndərin. Dəymiş zərərin tələb olunması üçün mümkün hüquqi yolu qiymətləndirək.

Hüquqşünas | Mediator
Zaur Quliyev

WhatsApp: 099 711 95 99

728×90
Paylaş: