Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Şuşada mina partlayıb, yaralı var

28 Sentyabr 2026, 19:09 Hadisə
728×90

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.

Faktum.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir.

1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Bəxtiyar Mirzə oğlu Bayramovun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı Bəxtiyar Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

728×90
Paylaş: