Haqqımızda Reklam Əlaqə
160×600
160×600

İnsan beyni ağrını necə hiss edir? – Ağrı hissinin neyrobioloji xəritəsi

08 Sentyabr 2026, 16:00 Səhiyyə
728×90

Faktum.az xəbər verir ki, əlimizi qaynar səthə toxundurduqda və ya ayağımız burxulduqda hiss etdiyimiz kəskin ağrı, əslində orqanizmi daha böyük zədələnmələrdən qorumaq üçün işə düşən həyati əhəmiyyətli həyəcan siqnalıdır. İnsan orqanizmində ağrının yaranması və qəbul edilməsi təkcə zədələnən hər hansı bir üzvlə məhdudlaşmır; bu, mərkəzi sinir sistemi və beynin müxtəlif mərkəzlərinin birgə fəaliyyəti ilə həyata keçirilən neyrobioloji prosesdir.

Ağrı mexanizminin ilk pilləsi “nosiseptor” adlanan xüsusi sinir uclarından başlayır. Dəri, əzələ və ya daxili organlarda olan bu alıcılar kəskin istilik, mexaniki təzyiq və ya kimyəvi zədələnmə hiss etdikdə dərhal elektrik impulsu formalaşdırır. İmpuls periferik sinir lifləri (A-delta və C lifləri) vasitəsilə böyük sürətlə onurğa beyninə, oradan isə beynin “rele stansiyası” sayılan talamusa ötürülür. Talamus gələn siqnalı emal edərək onu beynin digər aidiyyəti şöbələrinə paylayır.

Siqnal somatosensor qabığına çatdıqda ağrının tam olaraq harada və nə şiddətdə olduğu müəyyən edilir. Eyni zamanda, beynin emosional mərkəzi olan limbik sistem və amiqdala aktivləşir – bu da ağrıya qarşı qorxu, stres və ya qışqırmaq kimi emosional reaksiyaları formalaşdırır. Maraqlıdır ki, beynin o özündə ağrı reseptorları yoxdur; yəni beynin öz dokusu ağrını hiss etmir, lakin bədənin hər bir nöqtəsindən gələn ağrı siqnallarını təhlil edən və onu reallığa çevirən yeganə mərkəz məhz beyindir.

Bundan əlavə, beyin təkcə ağrını qəbul etmir, həm də onu tənzimləmək gücünə malikdir. Şiddətli təhlükə və ya stres anlarında beyin tərəfindən ifraz olunan endorfin və enkefalin kimi təbii kimyəvi maddələr onurğa beynindən gələn ağrı siqnallarını bloklayaraq müvəqqəti olaraq ağrı hissini zəiflədə bilir.

728×90
Paylaş: