Şərqi Asiyada dönüş nöqtəsi: Çin və Tayvanda Yaponiya üzərində Qələbə Günü

Faktum.az xəbər verir ki, hər il sentyabrın 3-də Çin Xalq Respublikasında və Tayvanda İkinci Dünya Müharibəsində Yaponiya üzərində qazanılan Qələbə Günü müxtəlif dövlət tədbirləri ilə qeyd olunur.
1937-ci ildən 1945-ci ilə qədər devam edən İkinci Çin-Yapon müharibəsi milyonlarla insanın həyatına son qoymuş və Asiya cəbhəsində müharibənin ən qanlı səhifələrindən birini təşkil etmişdi. Yaponiyanın 1945-ci il sentyabrın 2-də “Missouri” zirehli gəmisində rəsmi təslim olma aktını imzalamasından dərhal sonra, sentyabrın 3-ü həm Çin materikində, həm də Tayvanda işğaldan azad olunma və böyük zəfər günü kimi tarixləşdirilib.
Tayvanda bu tarix eyni zamanda Silahlı Qüvvələr Günü kimi də qeyd edilir. Bu tarixi gün Asiya-Sakit okean regionunun siyasi xəritəsini kökündən dəyişdirərək Çinin beynəlxalq aləmdə yenidən böyük gücə çevrilməsinin və Şərqi Asiyada müstəmləkəçilik dövrünün sona çatmasının rəsmi rəmzi sayılır.
