Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi

24 Noyabr 2026, 23:25 Ölkə
728×90

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Müdafiə Nazirliyindən  bildirilib ki, başsağlığında deyilir: “Eskişehir şəhərində AS-532 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində beş nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

728×90
Paylaş: