Qanı ilə 2,4 milyon körpəyə həyat verdi

Tam 1173 dəfə donor oldu. Qanından pay verən bu xilaskar kim idi?
1936-cı ildə Avstraliyada doğulan Ceyms Kristofer Harrison 14 yaşında ağır döş qəfəsi əməliyyatı keçirdi. Həyatda qalmasına səbəb qan köçürülməsi oldu. Ceyms Harrison 18 yaşına çatdıqda özü həyat qurtaran donor oldu. Lakin həkimlər onun qanının sıradan bir qan olmadığını kəşf etdilər.
Ceymsin qanı döl və yeni doğulmuş körpələrdə yaranan hemolitik xəstəliyin (HDFN) qarşısını almaq üçün gərəkli preparatların hazırlanmasında çox qiymətli maddələrlə zəngin idi. Beləliklə, Ceyms Harrisonun qanı peyvəndlərin hazırlanmasında əsas komponentə çevrildi. O, 18 yaşından 81 yaşına qədər tam 1173 dəfə qan verdi.
İronik olan isə bu qədər donorluq etməsinə baxmayaraq, iynədən çox qorxurdu. Qan verdiyi zaman bir dəfə olsun belə qoluna doğru baxmağa cəsarət etmirdi. Nəhayət, ahıllığı səbəbilə 81 yaşında tibbi nöqteyi-nəzərdən donorluq etməsi uyğun hesab edilmədi.
Ceyms Harrisonun qızı ikinci hamiləliyi dövründə döl hemolitik xəstəliyi ilə üz-üzə qaldı. Atasının qanı sayəsində ikinci övladını sağlam şəkildə dünyaya gətirdi. Onun bağışladığı qan sayəsində 2,4 milyon körpənin həyatı xilas oldu.
Ceyms Harrison 88 yaşında dünyadan köçdü. Geridə isə bu günə qədər heç bir hökmdarın sahib olmadığı qədər mənəvi sərvət qoydu.

Tərifə Şükürqızı
