Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Xalqını sevdiyi qədər sevilən insan

26 Avqust 2026, 12:57 Cəmiyyət
728×90

Xalqını sevdiyi qədər xalqı tərəfindən sevilən Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi təsadüfi bir təyinat deyildi. Uzun illərdən bəri ölkəmizin, eləcə də dünyanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan bu təyinat ümumxalq rəğbətindən, cəmiyyətin sosial sifarişindən irəli gələn bir qərar idi. Bu düzgün qərarın faydasını Azərbaycan xalqının ayrı-ayrı təbəqələri öz həyatlarında hər zaman hiss edir.

Azərbaycan xalqı Mehriban xanımı çox sevir və ona səmimi qəlbdən inanır, çünki cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenatlıq ənənələri məhz onun sayəsində canlanıb. Mehriban Əliyeva insanlara xeyirxahlıq, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. Bu, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə ictimai şüurda kök salmış təsəvvürü dağıdıb və cəmiyyətin bütün təbəqələrini həmin problemlərin həllində iştiraka sövq edib.

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!”, – deyən Mehriban Əliyeva ürəklərə xalqa sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə yol tapıb. O, həyat yolunu və fəaliyyət dairəsini özü müəyyənləşdirib, xeyirxahlıq yolunu seçib. Yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. O, xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, həm də gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Birinci vitse-prezident Mehriban xanımı köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Bəzən hətta bayramları onlarla birgə keçirir. Müxtəlif xəstəliklərdən əziyyət çəkənlər, valideyn himayəsindən məhrum olmuş uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış insanlar Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.

Ona göstərilən etimadı hər zaman layiqincə doğruldan Mehriban xanım Əliyeva bütün cəhətləri ilə xalq adamıdır, milyonların sevgisini və dəstəyini qazanmış dövlət xadimidir.

Əyyubova Lyudmila Vasilyevna

Şəhid xanımı, nəşi hələ də tapılmayan Şəhid Vaqif Əyyubovun həyat yoldaşı

728×90
Paylaş: