Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Mehriban Əliyevanın cəmiyyətdə yaratdığı aura insanları mənəvi saflığa, nəcibliyə, xeyirxahlığa səsləyir

26 Avqust 2026, 12:19 Cəmiyyət
728×90

Hər bir şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Mehriban xanımım səmimiyyəti, fədakarlığı, xalqa sevgisi öz soy-kökündən qaynaqlanır. O, mənsub olduğu ailənin zəngin mənəviyyatından bəhrələnərərk istər şəxsi həyatında, istərsə də ictimai fəaliyyətində onların nəcib əməllərini yaşadır, bu genetik kodu ləyaqətlə davam etdirir. Mehriban Əliyeva ziyalı ailəsində doğulub. Valideynləri Azərbaycan elmində ağır çəkiyə malik insanlardır. Babaları da ədəbiyyatımızda, söz sənətimizdə izi olan, sözü, səsi eşidilən, qəbul edilən, yüksək vətəndaşlıq nümunəsi ilə seçilən ziyalılar olublar.

O həm də Azərbaycan tarixində əbədi qalacaq müdrik bir dövlət başçısının, ölkə birincisinin ailəsinə gəlin köçüb. Bu da qismətin işidir. Və tale onu həm də Azərbaycanın birinci xanımı edib. Prezidentin ömür-gün yoldaşı, xanımı olmaq da alın yazısıdır. Amma xalqın sevimli övladı olmaq, millətin sevgisini qazanmaq taleyin, qismətin işi deyil – bu məhəbbəti qazanmaq lazımdır. Tək-tək adama nəsib olan bu sevgini o öz əməlləri, ağlı, iradəsi, qabiliyyət və bacarığı ilə qazanıb…

Gözəllik, Xeyrxahlıq, Sədaqət və Analıq kimi ülvi keyfiyyətləri təcəssüm etdirən Mehriban xanımı sözün əsl mənasında böyük hərflə yazılan Azərbaycan Qadını adlandıra bilərik. Mehriban xanım parlaq ictimai xadim olmaqla bərabər, fədakar həyat yoldaşı, qayğıkeş ana, şəfqətli nənə kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirir. O, övladlarını Azərbaycanı ürəkdən sevən, milli-mənəvi dəyərlərə bağlı əsl vətəndaş kimi tərbiyə etmişdir. Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək böyük peşəkarlıq və səbr tələb edir. Bununla bağlı Mehriban xanım qeyd edir ki, “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı, dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram”.

Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir. Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özünün təkrarsız şəxsiyyətində birləşdirən Mehriban Əliyevanın cəmiyyətdə yaratdığı aura insanları mənəvi saflığa, nəcibliyə, xeyirxahlığa səsləyir. Bu gün bizim bir çox xanımlarımız, gənc qızlarımız onun fəaliyyətindən ruhlanaraq ictimai həyatda aktiv iştirak etməyə başlayıblar.
Müəyyən mənada, hər bir qadın ondan güc alır.
Bu gün əziz Mehriban xanımın doğum günüdür. Bu münasibətlə Onu ürəkdən təbrik edir, gələcək fəaliyyətində bol-bol uğurlar arzulayıram.

Tağıyeva Cənnət Çapay qızı

Şəhid Ailələrinə Sosial Dəstək ictimai birliyinin üzvü – xeyriyyəçi

728×90
Paylaş: