Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Qızdırmanı kəsən və xərçəngdən qoruyan təbii möcüzə

24 Avqust 2026, 12:00 Manşet
728×90

Moruq təbiətin insana bəxş etdiyi ən zəngin və müalicəvi bitkilərdən biridir. Faktum.az xəbər verir ki, çəhrayıçiçəklilər fəsiləsinə aid olan bu bitki yalnız ləzzətli meyvəsi ilə deyil, kökü, yarpaqları və budaqları ilə də xalq təbabətində geniş istifadə edilir. Meyvəsi C, E, K və B qrupu vitaminləri, həmçinin kaliyum, maqneziyum, dəmir və mis mineralları ilə zəngindir. Tərkibindəki yüksək antioksidantlar hüceyrələrin yenilənməsinə kömək edir, immuniteti gücləndirir və tərkibindəki təbii salisil turşusu sayəsində soyuqdəymə zamanı güclü qızdırmasalıcı və iltihabəleyhinə vasitə kimi çıxış edir.

Bitkinin yarpaqları da az faydalı deyildir; güclü antioksidant və büzücü xüsusiyyətə malik olan moruq yarpaqlarından hazırlanan çay həzm sistemini tənzimləyir, mədə-bağırsaq pozuntularının qarşısını alır və bədəndən toksinlərin xaric olunmasını sürətləndirir. Eyni zamanda qadın sağlığı üçün xüsusi əhəmiyyət kəsb edərək uşaqlıq əzələlərini möhkəmləndirir və menstrual ağrıları yüngülləşdirir.

Moruq bitkisinin kökü və yaşıl budaqları xüsusilə tənəffüs yolu xəstəliklərində əvəzsiz dəmləmə vasitəsidir. Kökünün dəmləməsi öskürəyi kəsir, bronxit və boğaz ağrısı zamanı iltihabı aradan qaldırır, qan dövranını yaxşılaşdırır və bədəndən artıq mayeni çıxararaq şişkinliyi azaldır.

Gündəlik istifadədə 1 xörək qaşığı quru moruq yarpağının üzərinə 250 ml qaynayan su əlavə edib 10-15 dəqiqə dəmləməklə faydalı çay əldə etmək mümkündür. İncə doğranmış moruq kökləri isə aşağı istilikdə qaynadılaraq soyuqdəyməyə karşı istifadə edilir, meyvəsindən hazırlanan mürəbbə və kompotlar isə qış aylarında təbii tərlədici və immun bərpaedici kimi qəbul olunur.

728×90
Paylaş: